
Bakı. Trend:
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran
rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
“VAZ-2109”, “CHEVROLET CRUZ” və ” Mercedes” markalı nəqliyyat
vasitələri toqquşub. Qəza nəticəsində “VAZ-2109″da olan sürücü və
sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu
bildirilir.
Faktla bağlı araşdırma aparılır.





























