
Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun
test imtahanı mərhələsi keçiriləcək.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Bildirilib ki, martın 30-da keçiriləcək test imtahanı
mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.





























