
Bakı. Trend:
Ağdərədə odlu silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi
ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissəsləri aşkar
olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.





























