
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət
göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə
direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair
təkrar müsahibəyə martın 29-da start veriləcək.
Bu barədə Trend-ə İdarədən məlumat verilib.
Qeyd edilib ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə
direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə
mərhələsində 2 – 2.99 bal nəticə toplayan və təlimə cəlb edilən
namizədlər iştirak edəcəklər.
Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala
əsasında aparılacaq. Nəticələr barədə məlumatlar namizədlərin
qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri,
idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.
Qeyd edək ki, təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq
vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil
ediləcəklər.





























