Advertisement

FHN tərəfindən qanunsuz tikili sökülüb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq
respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq
tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Fövqəladə
Hallar Nazirliyi məlumat yayıb.

Bu çərçivədə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində
çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən
qeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərinin
aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak
Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin
nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz tikili sökülüb.