
Bakı. Trend:
Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.
Bu barədə Trend-ə
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin
artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində
əvvəlki aya nisbətən 1.8 faiz qiymət artımı qeydə alınıb. Yaşayış
binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də
stabildir.
Yaşayış binalarında olan mənzillərdə 0.4 faiz aylıq qiymət
artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq
qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər
dəyişməyib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında
isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil
edib.





























