
Bərdə. Trend:
Bərdədə mopedlə minik avtomobili toqquşub.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun
Soğanverdilər kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə
etdiyi “Mercedes” markalı minik avtomobili ilə Amil adlı şəxsin
idarə etdiyi mopedlə toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon
Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





























