
Bakı. Trend:
Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.
Bu barədə Trend-ə
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı
cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral
ayında qiymətlər 3.8 faiz artıb.
Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb – 5.1
faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 2.6 faiz
yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 3.7
faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri
indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən,
qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz,
qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli
xidmətlər üzrə 102,3 faiz təşkil edib. 2024-cü ilin fevral ayında
istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz,
yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən
101,3 faiz olub.





























