Advertisement

Bayram günlərində 39 yol qəzası olub, 7 nəfər ölüb

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən
edilmiş istirahət günlərində respublika ərazisində ölüm və
xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır
ki, nəticədə 7 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu
barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü
ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.

Qeyri iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti
gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki,
bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata
keçirilib.

Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır
nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik
tədbirlər bundan sonra da davam etdiriləcək.