
Bakı. Trend:
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik
edilib.
Trend xəbər verir ki, Baş
nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı
tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi
xidmətlərin siyahısı və tarifləri”nə daxil edilib.
Başqa sözlə, inzibati məqsədlərlə digər müayinələrin tarifi 90
manatdır. Beləliklə, himayədar ailə (himayədar valideyn) olma
zamanı tələb olunan belə müayinə pulsuz olacaq, 90 manat
alınmayacaq.





























