Advertisement

Şirvanda narkokuryer saxlanılıb (FOTO) – Trend.Az

Bakı. Trend:

Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik etməkdə şübhəli bilinən
Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə saxlanılan şəxsin üzərindən çəkisi 4 kiloqramdan artıq
heroin və marixuana aşkar edilib.

Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış
olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi
ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən
edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.