
Bakı. Trend:
Ucarda orta məktəb binasında yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 120
m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının
bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı
qismən yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





























