Advertisement

Xankəndidə silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat
silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd
müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq
götürülüb.