Advertisement

Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji
komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb
psixoloqları üçün müsabiqə elan edir.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək
istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların
psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi
təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya
digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

Sənəd qəbulu 29.03.2024-cü il tarixindən 06.04.2024-cü il
tarixinə qədər həyata keçiriləcək. Namizədlər müvafiq sənədləri
[email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər
müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test
imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə
mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng
etməklə məlumat ala bilərlər.