Advertisement

İctimai-iaşə obyektlərinin sahiblərinə ÇAĞIRIŞ – Trend.Az

Bakı. Trend:

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə
obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları
tərəfindən keçirilən monitorinqlər zamanı havaya normadan artıq
tullantı atıldığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə
Trend-ə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində
təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara
vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də
havaya normadan artıq tullantı atılır.

“Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış
edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi
dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki
göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya
normadan artıq tullantı atılmasına yol verməsinlər”.

Xidmət rəisi əks halda qanun pozucularına Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq
tədbirlər görüləcəyini bildirib.