
Bakı. Trend:
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan
ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Trend xəbər verir ki, 35 ailə olmaqla, 138 nəfər Füzuli sakini
doğma yurduna qovuşub.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və
partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat
verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə
hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri
tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov
və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil
alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 666 ailə olmaqla, 2517 nəfərin daimi
məskunlaşması təmin edilib.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam
edəcək.





























