Advertisement

Bu halda ipotekaya xitam veriləcək

Bakı. Trend:

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə
ipotekaya xitam veriləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna
təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir.

Qeyd edək ki, ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin
sayında 1,8 faiz artım qeydə alınıb. İpoteka və Kredit Zəmanət
Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki,
bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti
olub.