Advertisement

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bakı. Trend:

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Trend xəbər verir ki, bu
barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji
proqnozunda bildirilib.

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer
təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar
küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu
da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.