
Bakı. Trend:
Sabah Ramazan ayının 20-ci günüdür.
Trend xəbər verir ki, sabah
imsak vaxtı saat 05:00, iftar isə 19:18-dədir.
İmsak duası:
“Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi
əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya
munziləs-səkinəti fi qulubil-mu-minin”.
Tərcüməsi:
“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm
qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey
möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə
təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti
iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar
açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı
ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!





























