Advertisement

Sabah Xırdalanda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bakı. Trend:

Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.

Bu barədə Trend-ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən (ASC)
bildirilib.

Məlumata əsasən, martın 30-da saat 9:00-dan saat 17:00-dək
Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində elektrik
enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının
yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri
həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində
yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin
ediləcək.