
Bakı. Trend:
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü
həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupundan Trend-ə verilən məlumata görə, Beyləqan Rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə
etdiyi “BMW” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına
pozduğuna görə Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb.
Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri
altında idarə etdiyi müəyyən edilib.
Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək
baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs
edilib.





























