Advertisement

Qaxda ev yandı – Trend.Az

Bakı. Trend:

Qaxda ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, Qax rayonunun Qum kəndində ümumi sahəsi 63 m²
olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin yanar
konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.