
Bakı. Trend:
Bakının Yasamal rayonunda 74 yaşlı qadın dəm qazından
zəhərlənərək ölüb.
Trend xəbər verir ki, hadisə 1950-ci il təvəllüdlü Vera İvanovna
Binyatovanın yaşadığı evdə hamam otağında çimərkən qeydə
alınıb.
O, həmin vaxt evdə olan nəvəsi tərəfindən ölmüş vəziyyətdə aşkar
edilib.





























