
Bakı. Trend:
Daxili İşlər Nazirliyinin keçirdiyi növbəti əməliyyat zamanı 50
kiloqram narkotik vasitə ələ keçirilib.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixində keçirilən
növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu
ərazisində saxlanılıb.
Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı
evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi
psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram
heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd
metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd
elektron tərəzi aşkarlanıb.
Araşdırmalarla A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla
araşdırılan “Fərşad” adlı İran vətəndaşından Astara rayonunda əldə
etdiyini bildirib. Onun əsas məqsədi kuryerlik edərək narkotikləri
müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub.
Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





























