Advertisement

UNEC-də 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-in bütün fakültələrində 31 mart-Azərbaycanlıların Soyqırımı
Gününə həsr olunan silsilə tədbirlər, seminarlar və xüsusi dərslər
təşkil olunub.

Keçirilən tədbirlərdə soyqırım qurbanlarının xatirəsi ehtiramla
yad edilib, soyqırıma həsr olunan videoçarxlar nümayiş olunub.

Silsilə tədbirlərdə çıxış edənlər erməni millətçilərinin əsrlər
boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan,
həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı
nəticələrindən söz açıblar. Faciələrdən əsrlər, illər keçsə də,
xalqımızın öz qanlı tarixini unutmadığını bildiriblər. Ümummilli
Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı
“Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu qətliamın ilk
dəfə dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıblar.

Tədbirlərdə azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər
barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasının, gələcək
nəsillərin milli yaddaşının qorunmasının, azərbaycanlılara qarşı
ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrinin
dünyaya çatdırılmasının vacibliyi vurğulanıb.