Advertisement

Kəlbəcərdə artilleriya qurğuları və sursat aşkarlanıb – DİN

Bakı. Trend:

Kəlbəcər rayonunda artilleriya qurğuları və sursat
aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, rayon
polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər
rayonunun Çaparlı kəndi ərazisindən 2 ədəd “KS-19” zenit silahları
və Həsənirz kəndi ərazisində çoxlu sayda müxtəlif çaplı patron və
avtomat daraqları aşkar olub.