
Bakı. Trend:
İsmayıllı-Lahıc avtomobil yolunda, Girdiman çayı üzərində olan
körpünün torpaq qatına birləşən nöqtəsində çökmələr baş verib.
Nəticədə iki zolaqlı yolun bir zolağının çiyin və torpaq yatağı,
həmçinin asfalt qatı sürüşməyə məruz qalıb.
Trend-in
məlumatına görə, bu səbəbdən avtomobillərin gediş gəlişində müəyyən
çətinliklər yaranıb. Hazırda yolun hərəkət hissəsinin bir zolağı
ilə minik avtomobilləri keçid etsələr də yük və digər ağır
texnikaların körpüdən hərəkəti məhdudlaşdırlıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat
xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolda sürüşməyə səbəb
son günlər yağan yağışlardan sonra çaylarda suyun artması və gələn
sel sularının yolun bir hissəsini yuması olub. “Artıq yaranmış
problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Əraziyə canlı qüvvə və ağır texnika cəlb edilib. Ən qısa zamanda
ortaya çıxan çətinlik aradan qaldırılaraq gediş-gəliş tamamilə
bərpa ediləcək.





























