
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində
Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə
tədbir keçirilib.
Bu barədə Trend-ə
Monitorinq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc
Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova və
Səddam Muxtarlı, həmçinin 257 nömrəli tam orta məktəbin direktoru
Karat Karatov və müəllim-şagird heyəti iştirak edib.
Tədbirdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə
ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün
yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi
aparılıb.
Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv
təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə
mükafatlandırılıb. Şagirdlərin səsləndirdiyi şeir nümunələri böyük
maraqla qarşılanıb, Mərkəzin əməkdaşları tərəfindən təqdir
olunub.





























