Bakı. Trend:
Nyu-York metrosunda odlu silahları aşkar edən detektorlar
quraşdırılacaq.
Trend-in
məlumatına görə, bu barədə Nyu-York meri Erik Adams məlumat
verib.
Artıq metro stansiyalarının birində bu sistem jurnalistlərin
iştirakı ilə test edilib. Şəhər bələdiyyəsinin qərarı qüvvəyə
mindikdən sonra polis metro stansiyalarına səyyar skanerlər
yerləşdirməyə başlayacaq. Şəhər rəhbərliyi bu addımı metroda
silahlı insidentlərin sayı artdığı üçün atıb.
2022-ci ildə Nyu-York ştatının rəhbərliyi ictimai nəqliyyatda
odlu silah gəzdirməyi qadağan etdi. Silah gəzdirənlərin hüquqlarını
müdafiə edənlər bu qanunu Konstitusiyaya zidd hesab edərək şikayət
verdilər.




























