Advertisement

ABŞ Konqresi üzvlərinin süni intellekt proqramından istifadəsi qadağan edilib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin “Copilot”
süni intellekt proqramından istifadəsi qadağan edilib.

Trend-in məlumatına görə, kibertəhlükəsizlik idarəsi bu addımı
şəxsi məlumatların oğurlanması riski ilə izah edib. Palata məsələni
şərh etməyib.

Qeyd edək ki, “Copilot” süni intellekt proqramı “Microsoft”
şirkətinin məhsuludur.