Advertisement

Dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatır

Bakı. Trend:

Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi bu gün
başa çatır.

Trend-in
məlumatına görə, müsabiqənin İşçi Qrupundan bildirilib ki,
qeydiyyat prosesi martın 31-i saat 18:00-dək davam edəcək. Martın
1-dən etibarən başlanmış qeydiyyat yukselish.az saytı vasitəsilə həyata
keçirilir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin
2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub.
Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual
səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan
perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini,
dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını
təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi
rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət
orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı
və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti – dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə
bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də
Sərəncam imzalanıb.