Advertisement

Xocalıda nəşlərinin qalıqları tapılan şəxslərlə vida mərasimi keçirilib (FOTO)

Bərdə. Trend:

Bu gün Xocalı soyqırımı qurbanlarının tapılmış nəşlərinin
qalıqları Xocalıda dəfn ediləcək.

Trend xəbər verir ki, Bərdə şəhərində yerləşən məcburi köçkün
şəhərciyində şəhidlərlə vida mərasimi keçirilib.

Vida mərasimində rəsmi şəxslər, media və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 21 nəfərin qalıqları
aşkar edilib. Onlardan 9-nun adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il 2. Əliyeva Sürəyya
Behbud qızı – 01.06.1933-cü il 3. Mahmudov Akif Seydulla oğlu –
01.06.1962-ci il 4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935 6. Nəcəfov Şiraslan
Məmiş oğlu – 1952-ci il təvəllüdlü

(Xankəndi şəhər sakinləri) 7. Cavadov Əli Müsül oğlu –
15.06.1954-cü il 8. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci
il 9. Məhərrəmova Bəsirə Vəli qızı – 01.06.1954-cü il

İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı
26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xatırladaq ki, Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun
nəşinin qalıqları isə martın 27-də Ceyranbatan qəsəbəsindəki
qəbiristanlıqda dəfn olunmuşdu.