
Bakı. Trend:
Martın 31-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, martın 31-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən
xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı
olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan
xarakterli olub, dağlıq rayonlarda qar yağıb.
Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Qar örtüyünün hündürlüyü Şahdağda 47 sm, Qrızda 5 sm, Xınalıqda
3 sm olub.
Martın 30-da Gəncə şəhərinə axşam saatlarında diametri 8-10 mm,
Daşkəsən rayonuna isə saat 19:03-19:04 radələrində diametri 13 mm
olan dolu düşüb.
Martın 30-u gün ərzində şimal-qərb küləyi arabir Ağdamda 20 m/s,
Göyçay, Zərdab, Tərtər, Naftalanda 18 m/s, Ceyrançöldə 17 m/s,
Şəmkir, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20
m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Ağdamda 9 mm, İsmayıllı, Sabirabadda 8
mm, Qusarda 7 mm, Qrız, Qobustan, Bərdə, Neftçala, Şəki, Tərtər,
Beyləqan, Şirvan, Biləsuvar, Yardımlı, Qax, Göygöl, Gəncə, Gədəbəy,
Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Quba,
Balakən, Zaqatala, Şəmkir, Naftalan, Lənkəran, Astara, Cəlilabad,
Daşkəsəndə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək
olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19
dərəcəyədək, Naxçıvan MR-da 19-24 dərəcə, Aran rayonlarında 26
dərəcəyədək, dağlıq rayonlarda 8-15 dərəcəyədək isti olub.





























