
Bakı. Trend:
Bakı hava limanı 2024-cü ilin martın 31-dən oktyabrın 26-ı daxil
olmaqla yay cədvəlinə keçir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən xəbərə
görə, bu müddət ərzində Bakıdan 35 aviaşirkət tərəfindən 70-dən çox
istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.
Rusiyanın bəzi şəhərləri, Mərkəzi Asiya, həmçinin Fars körfəzi
ölkələrinə uçuşların tezliyi artırılıb. Mart ayından etibarən
Paris, Praqa, Barselona, Vyana, Milan və London kimi Avropanın
populyar istiqamətlərinə də reyslərin sayı artırılıb. Bununla
yanaşı, yeni beynəlxalq aviaşirkətlərin cəlb olunması gözlənilir
ki, bu da sərnişinlərə daha çox səyahət seçimi təqdim edəcək.
Həmçinin, yaz-yay keçid dövrünə hazırlıq planı çərçivəsində
Heydər Əliyev Beynəlxalq Aeroportunda istehsalat fəaliyyətlərində
və uçuşlarda təhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks
tədbirlər həyata keçirilir.





























