Advertisement

Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb

Bakı. Trend:

Aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar
Bürosundan Trend-ə bildirilib ki, gecə bəzi yerlərdə az yağış
yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti,
gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu
olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə
və səhər dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər
arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 5-10° isti, gündüz 19-24° isti, dağlarda gecə 1°
şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında
bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman
olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti,
gündüz 18-23° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin
gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti
olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında
bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər
arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
1-6° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 7-12°
isti, bəzi yerlərdə 17°-dək olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında
əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-22°
isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,
Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər
bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim
şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz
17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Göyçay, Şirvan, Hacıqabul, Zərdab, Salyan,
Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər
arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
5-10° isti, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad
rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında
dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23°
isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.