
Bakı. Trend:
Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və
şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.
DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən
olunub.
Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər
görülür.
Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi
çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə
çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır.





























