Advertisement

Bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, aprelin 1-də
gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı
hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında
görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı
var.