Bakı. Trend:
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin
qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional
qrupundan Trend-ə
bildirilib ki, tədbirlər nəticəsində ondan 7 kiloqram tiryək,
heroin, marixuana və metamfetamin aşkar edilib. Araşdırmalar zamanı
Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik
vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı
məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.
Qeyd edək ki, Samux Rayon Polis Şöbəsi əməkdaşları cari ilin
müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı
27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik
vasitə dövriyyədən çıxarılıb.




























