Advertisement

Azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Bakı. Trend:

Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində
dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər
prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Trend
verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil
Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi
ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə
olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet
Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində
tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.