
Bakı. Trend:
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.
Bu barədə Trend-ə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat
verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan
vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi
hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam
imzalayıb.





























