Advertisement

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib

Bakı. Trend:

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad
edilib.

Trend xəbər verir ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində
monitorinq keçirib.

Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış
keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel
2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə
bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində
monitorinqlər davam etdirilir.