
Bakı. Trend:
Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə
yeni hakimlər təyin ediləcək.
Trend xəbər verir
ki, bununla bağlı qanun layihələri Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə
edilib.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin
edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.





























