
Bakı. Trend:
Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım
sürücü saxlanılıb
Bakı şəhər DYP İdarəsindən Trend-ə verilən məlumata görə, BMW
markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin
sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq
avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol
Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail
Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü
1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində
cərimə olunub.
Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də
mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə
nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir
görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa
yerləşdirilib.





























