Advertisement

Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur – Rektor

Bakı. Trend:

UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında elmin maliyyələşdirilməsi ilə bağlı
fikirlərini bildirib.

Trend xəbər verir ki, rektor
elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü
dəyişdirilməsinin tələb olunduğunu qeyd edib.

“Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan
deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik bu
məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi modelindən
öncə isə bütövlükdə elmin təşkili və idarəedilməsində hələ də
mövcud olan sovet modelindən qısa vaxtda kənarlaşmaq lazımdır.
Başqa sözlə, “əyrini daha təkmil əyriyə çevirmək” üçün maliyyə
vəsaiti ayırmağa dəyməz!”, – Ədalət Muradov vurğulayıb.