Advertisement

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən
müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron
ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq
müraciət edə bilərlər.

Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam
edəcək.