Advertisement

Havada tozun miqdarı normadan 1,5 dəfə çoxdur

Bakı. Trend:

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün
gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu
hava şəraiti müşahidə olunur.

Bu barədə Trend-ə Ətraf Mühitin Çirklənməsinin Monitorinq
Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə
artıqdır:

“Peyk görüntülərinə əsasən, tozlu hava şəraitinə səbəb
cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər
dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin
yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.