Advertisement

Bərdə və Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bakı. Trend:

Bərdənin və paytaxtın Binəqədi rayonunun bir hissəsinin qaz
təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Bərdə” ölçü qovşağından qidalanan Divanlı kənd
məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin, Binəqədi
rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində “COP-29”
Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə
qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən
qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə
rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də,
paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov
küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.