
Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, p0olis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1
pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd
müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq
götürülüb.





























