Advertisement

Dövlət Proqramına hər il 400 nəfərədək gəncin qəbulu nəzərdə tutulur

Bakı. Trend:

Dövlət Proqramına hər il 400 nəfərədək gəncin qəbulu nəzərdə
tutulur.

Trend xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə
Qrupunun rəhbəri Turan Topalova 2022-2026-cı illər üçün Dövlət
Proqramı”nın ilk məzunları ilə görüş zamanı deyib.

O qeyd edib ki, onlardan 80-i bakalavriat, 320-nin magistratura
təhsili alması nəzərdə tutulub.

“İndiyədək 752 tələbə proqram çərçivəsində təhsil almaq şansı
qazanıb.

Proqram çərçivəsində 15 prioritet ixtisas istiqamətləri üzrə
təhsil almaq mümkündür. Top 5 olan ixtisaslara isə informasiya
texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat, təhsil
daxildir”, – deyə o bildirib.

Xəbər yenilənəcək