
Bakı. Trend:
Rəqəmsallaşma hər bir insanın həyatının tərkib hissəsidir.
Trend xəbər verir ki, bunu Ali məhkəmənin sədri İnam Kərimov bu
gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və
hədəflər” mövzusunda konfransda deyib.
O qeyd edib ki, bu gün dövlət xidmətlərinin vətəndaşların
istəyinə uyğun təşkil edilməsi cəmiyyətin tələbinə
çevrilməkdədir.
“Vətəndaş məmnunluğu əsas şərtlərdən biridir. Biz vətəndaşın
gözləntilərinə uyğun xidmətləri təqdim etdikdə vətəndaş məmnunluğu
təmin olunur. Öz işlərimizi də bu istiqamətdə qurmalıyıq”.
Xəbər yenilənəcək





























